NAXÇIVAN :

03 Noyabr 2026, Çərşənbə axşamı

Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var

...

Nepalın Everest bölgəsindəki Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə "Kathmandu Post" məlumat yayıb.

Bildirilib ki, hər iki pilot yüngül xəsarətlər alıb və Katmanduya aparılıb.

Polisdən qeyd edilib, həlak olan hindistanlı turistin meyiti Lukladakı xəstəxanaya çatdırılıb.

Toqquşma anında hər iki helikopterin göyərtəsində olan sərnişinlərin sayı hələ təsdiqlənməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Nəşr edilib : 03.11.2026 09:45