NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

...

Kənd təsərrüfatı işçi qüvvəmizin əhəmiyyətli hissəsini əmək fəaliyyəti ilə təmin edir. Fermerlərimiz isə su qıtlığı kimi iqlim dəyişikliklərinin təsirlərini ilk hiss edənlər sırasındadırlar. Bu, bizim üçün mücərrəd siyasət deyil. Söhbət kənd icmalarının dayanıqlılığından, ərzaq təhlükəsizliyimizdən, milli iqtisadi inkişafımızdan və davamlı gələcəyimizdən gedir.

"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.

“Yarandığı gündən “Harmoniya” təşəbbüsü elmi cəhətdən əsaslandırılmış qabaqcıl təcrübələrə uyğun, iqlimə davamlı, dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib. Biz bu mandatı ciddi qəbul etməli və fəaliyyətimizi buna uyğun qurmalıyıq”, - deyə Nigar Arpadarai qeyd edib.

Nəşr edilib : 08.09.2026 11:28