ADA Universiteti Efiopiyanın Xarici İşlər İnstitut...
15:01 30.07.2026
0
0
0
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 30-da bildirib ki, onun rəhbərlik etdiyi hökumət iyun seçkilərindən sonra doqquzuncu çağırış parlamentin formalaşdırılması prosedurunun bir hissəsi olaraq istefa verməzdən əvvəl son iclasını keçirib.
"Şərq qapısı" Ermənistan mediasına istinadla xəbər verir ki, Paşinyan Nazirlər Kabinetinin iclasından sonra bazar günü hökumətin ölkə Konstitusiyasına əsasən istefa verəcəyini və bundan sonra Prezident Vaaqn Xaçaturyanın parlament çoxluğu tərəfindən seçilmiş namizədi Baş nazir təyin edəcəyini bildirib.
“Bu səbəbdən indiki tərkibdə sonuncu dəfə görüşürük”, - deyə Paşinyan bildirib və əlavə edib ki, Nazirlər Kabinetinin bir neçə üzvü qanunverici orqanın deputatı qismində fəaliyyətini fərqli vəzifələrdə davam etdirəcək.
İyunun 7-də doqquzuncu çağırış Ermənistan parlamentinə seçkilər keçirilib. Onun nəticələrinə görə, Paşinyanın sədrik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,74 faizini, milyarder Samvel Karapetyanın rəhbəri olduğu “Güclü Ermənistan” partiyası isə 23,27 faizini toplayıb.
Digər xəbərlər