NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Nikol Paşinyan: Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik

...

Ermənistanla Azərbaycan arasında sülh ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunub. Bu gün biz kommunikasiyaların inkişaf etdirilməsi və ticarət layihələrinin həyata keçirilməsi üçün Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik.

"Şərq qapısı" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, yaxın aylarda qeyd olunan təşəbbüslər həyata keçiriləcək və Xəzər hövzəsinin Fars körfəzi ilə əlaqələndirilməsi üçün əlavə imkanlar yaradacaq ki, bu da regionun bütün ölkələrinə fayda gətirəcək.

Nəşr edilib : 01.09.2026 15:10