NAXÇIVAN :

26 Iyun 2026, Cümə

İttifaq üzvləri üçün Ağbulaq İstirahət Mərkəzində ikigünlük yay istirahəti təşkil edilib

...

İyulun 19-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə ittifaq üzvlərindən ibarət növbəti 35 nəfərin Ağbulaq İstirahət Mərkəzində ikigünlük yay istirahəti təşkil olunub. 
"Şərq qapısı" xəbər verir ki, istirahət mərkəzində keçirilən müxtəlif əyləncəli və intellektual proqramlar ittifaq üzvlərinə maraqlı anlar yaşadıb. Canlı musiqi proqramları, intellektual bilik yarışları, şahmat və stolüstü tennis turnirləri, habelə cizgi film personajlarının iştirakı ilə təşkil olunan əyləncəli oyunlar iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunan bu tədbirdən faydalanmaq üçün ittifaq üzvləri yalnız yollayış dəyərinin 15%-ni ödəyərək iştirak ediblər. Onlar mərkəzdə yaradılan bütün imkanlardan – kanat xətti, gündə üç dəfə zəngin yeməklər və digər şəraitlərdən yararlanaraq səmərəli vaxt keçiriblər.

Nəşr edilib : 20.07.2025 17:36