NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

...

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi həyata keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu gün Xocavənd şəhərinə 16 ailə olmaqla 55 nəfər köçürülüb. Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Nəşr edilib : 30.09.2026 12:31