Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və Böyük Qayıdış” respublika elmi konfransı keçirilir.
Konfransdan sonra İğdır Universitetinin coğrafiya üzrə fəlsəfə doktoru, dosent Oğuz Şimşek jurnalistlərə müsahibə verib: “Naxçıvanda Qərbi Azərbaycanla bağlı belə bir konfransın keçirilməsindən, eləcə də bizi Türkiyədən dəvət etdikləri üçün çox məmnunluq hissi duyuruq. Konfransı təşkil edən, əməyi keçən hər kəsə çox təşəkkür edirəm. Həqiqətən də, yüksək səviyyədə keçirilməsi vacib olan konfransdır. Qərbi Azərbaycan biz türklərin, oğuz türklərinin ata-baba yurdudur. Bu gün bizim könlümüz Qərbi Azərbaycanladır, İrəvanladır. Mən bu konfransda iştirak üçün İğdırdan gəldim. Bizimlə İrəvan şəhəri arasında 40 kilometr məsafə var. Amma könül istərdi ki, ailəmizlə birgə bayram tətillərini ata-baba yurdumuz İrəvanda keçirək, oranın tarixi abidələrini gəzək, eləcə də Göy məsciddə namaz qılaraq ziyarət edək”.
Digər xəbərlər