“İnsan hüquqlarının inkişafının müasir mərhələsi” ...
18:37 20.05.2025
0
0
0
Azərbaycan hüquqi dövlət, həmçinin vətəndaş cəmiyyətinin qurulması prosesində gənclərin fəal iştirakını vacib hesab edir və bunu dəstəkləyir.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə Gələcəyə” mövzusunda keçirilən Forumun açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün keçirilən tədbirin də əsas məqsədi, gənclər arasında hüquqi biliklərin artırılması, onların vətənpərvərlik ruhunda formalaşdırılması və müasir dövrün çağırışlarına uyğun bilikli, hüquqi düşüncəyə malik və milli dəyərlərə sadiq vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir:
"Müstəqil Azərbaycan gəncləri ölkəmizin bu günü və gələcəyidir. Konstitusiyamızın və suverenliyimizin qorunması, insan hüquqlarına hörmət və hüququn aliliyi prinsiplərinin yaşadılması və inkişaf etdirilməsi savadlı və peşəkar mütəxəssislər kimi yetişən gənclərin əlindədir. Biz hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması prosesində gənclərin fəal iştirakını vacib hesab edir və bunu dəstəkləyirik".
Digər xəbərlər