Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
12 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ordubad rayonu, Dəstə kəndində yerli icra nümayəndəliyinin və kənd sakinlərinin iştirakı ilə "Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə" mövzusunda birgə tədbir keçirilib.
Tədbir zamanı şəhərsalma nəzarətinin əsas norma və qaydaları, eləcə də qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib. Komitənin əməkdaşı Elnur Quliyev mövzu ilə bağlı çıxış edərək şəhərsalma qanunvericiliyinin tələblərini diqqətə çatdıraraq bu sahədə institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.
Digər xəbərlər