NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov oktyabrın 24-də Biləv kəndində Ordubad rayonunun sakinlərini qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 16-dan 21-dək səlahiyyətli nümayəndəliyin (Info@arpsn.gov.az) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək

Nəşr edilib : 16.10.2026 14:35