Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müq...
17:01 14.08.2026
0
0
0
Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının su anbarından suyun tam buraxılması nəticəsində 159 mm-lik qaz xətti qırılıb.
Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının su anbarında suyun tam açılması nəticəsində diametri 159 millimetr olan qaz xətti qırılıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə ilə əlaqədar olaraq bu gün saat 17:45-dən etibarən Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt yaşayış məntəqələrinin qaz təchizatı dayandırılıb.
Qəza nəticəsində qaz təchizatı dayandırılan aktiv abonentlərin sayı 538-dir.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və qaz təchizatının bərpası istiqamətində müvafiq tədbirlər görülür.
Digər xəbərlər