Naxçıvanlı idmançıdan ölkə birinciliyində uğur...
19:01 25.10.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ötən gecə yağan güclü yağışlar Dırnıs və Kələki kəndlərində selə səbəb olub.
"Şərq qapısı" xəbər verir ki, sel nəticəsində yaşayış evlərinə, təsərrüfat sahələrinə və avtomobillərə ciddi ziyan dəyib.
Daşqının miqyası Dırnıs kənd selovunda batan traktorun timsalında daha aydın görünür.
Hazırda Ordubad Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları ərazidədirlər. Selin yaratdığı fəsadların aradan qaldırılması, vəziyyətin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
Digər xəbərlər