NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ötən gün 24 cinayətin açılması təmin edilib

...

Martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
"Şərq qapısı" xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
⁠Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
⁠Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Nəşr edilib : 22.03.2026 10:17