NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Ötən gün 48 cinayətin açılması təmin olunub

...

Sentyabrın 23-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 228 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. yabanı halda bitmiş 1,3 ton çəkidə 3960 narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tüfəng, 2 patron darağı və 12 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər də saxlanılıb.

Nəşr edilib : 24.09.2026 11:14