NAXÇIVAN :

03 May 2026, Bazar

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

...

Dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Eləcə də cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Nəşr edilib : 01.01.2026 10:37