Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb...
11:42 21.09.2026
0
0
0
Sentyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 10 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 39,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Kultivasiya yolu ilə yetişdirilmiş 31 narkotik tərkibli bitki aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1347 narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 11 tüfəng, 2 patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər də saxlanılıb.
Digər xəbərlər