NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Naxçıvanda ötən il 14 istehsal və xidmət sahəsi yaradılıb

...

"Ötən il Naxçıvan şəhərində 14 istehsal və xidmət sahəsi yaradılıb, 4 sahənin isə fəaliyyəti genişləndirilib. 14 sahənin yaradılması və 6 sahənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir". 
"Şərq qapısı" xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən “2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbirində İcra Hakimiyyətinin başçısı Cabbar Musayev məlumat verib. 
O bildirib ki, ötən ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində, ümumilikdə, 589 yeni iş yeri açılıb. Bir işçiyə düşən ortaaylıq nominal əməkhaqqı 886,2 manat təşkil edib.

Nəşr edilib : 12.01.2026 19:15