NAXÇIVAN :

21 May 2025, Çərşənbə

Ötən il vətəndaşların bank kartlarından 22 milyon manatın kiber üsulla oğurlanması ehtiyatsızlıqdır

...

"2024-cü il ərzində vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib". 
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.
O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq, diqqətli olmalıdır. 
DİN tərəfindən gündəlik olaraq aparılan profilaktik maarifləndirmə işi göstərir ki, əvvəlki illərdən fərqli olaraq vətəndaşın kiber savadlılığının artırılması fayda verir. Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir. 
Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır. Fəaliyyətə uyğun olaraq INTERPOL, EUROPOL və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir.

Nəşr edilib : 21.05.2025 16:43