NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Özbəkistan və Azərbaycan XİN-ləri arasında məsləhətləşmələr aparılıb

...

Azərbaycan və Özbəkistan iki ölkənin xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində Daşkənddə ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla görüşünün yekunlarına dair "Telegram"da bildirib.

Saidov qeyd edib ki, Şərifovun səfəri çərçivəsində baş tutan danışıqlar etimad mühitində keçib. Tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini ətraflı nəzərdən keçiriblər.

"İki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun yekunlarını alqışlayırıq. Dövlətlərimizin fəal, dostluq və etimada əsaslanan dialoqu Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dinamik inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Biz ikitərəfli münasibətlərin aktual gündəliyini ətraflı müzakirə etdik", - Özbəkistanın XİN rəhbəri yazıb.

Nəşr edilib : 19.08.2026 15:13