NAXÇIVAN :

29 Iyun 2025, Bazar

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

...

Pakistanın şimalında baş verən daşqınlar nəticəsində azı 32 nəfər həyatını itirib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 16 uşaq, eləcə də kömək gözləyərkən su altında qalan turist ailəsi də var.
Qeyd edilib ki, 240 milyondan çox əhalisi olan Pakistan təbii fəlakətlər səbəbindən müntəzəm olaraq kütləvi ölümlərlə üzləşir. 2022-ci ildə ölkədə daşqınlar nəticəsində ən azı 1700 nəfər ölüb.

Nəşr edilib : 29.06.2025 10:26