NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Paralimpiyaçılarımız Sumqayıtda uğurlu nəticəyə nail olublar

...

Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib. 19-20 dekabr tarixlərini əhatə edən yarışlarda 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) 130 uşaq paralimpiyaçı iştirak edib. 
Uşaq Paralimpiya Oyunlarında Naxçıvan Muxtar Respublikasından 3 məşqçi və 4 paralimpiyaçı iştirak edib. Təmsilçilərimiz 2 qızıl və 2 gümüş medal qazanıblar. 
Parapauerliftinq yarışlarında Mehdi Quliyev qızıl, Həsən Qasımov (hər ikisi Şərur) isə gümüş medal qazanıblar. Parastolüstü tennis yarışında Rəhman Baxşəlizadə (Naxçıvan) qızıl medal qazanmağa müvəffəq olub. Parastolüstü tennisdəki digər təmsilçimiz İsmayıl Həsənli (Culfa) gümüş medala sahib çıxıb. 
Uşaq Paralimpiya Oyunlarının keçirilməsinin əsas məqsədi əlilliyi olan uşaqların idmana cəlb olunması və onların idman bacarıqlarının inkişaf etdirilməsi ilə Azərbaycanı gələcəkdə beynəlxalq idman arenalarında layiqincə təmsil edəcək yeni paralimpiyaçı nəslinin yetişdirilməsidir.

Nəşr edilib : 21.12.2025 19:21