NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Parlament “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsini qəbul edib

...

Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

"Şərq qapısı" xəbərinə görə, 8 fəsil, 31 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin, onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Nəşr edilib : 16.12.2025 12:17