NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

...

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt Bakıda sıxlıq müşahidə olunan yolları açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, hazırda 5 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur. Həmin yollar aşağıdakılardır:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.

Nəşr edilib : 07.08.2026 08:35