NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

PISA 2025: Azərbaycan hər üç istiqamət üzrə ən böyük sıçrayış edən ölkələrdən olub

...

Ümumi təhsil üzrə müəyyən edilmiş əsas hədəflər istiqamətində müsbət dinamika qeydə alınıb.

"Şərq qapısı" xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, IV və VI siniflərdə Azərbaycan dili və riyaziyyat nəticələrində aşağı və yüksək nəticəli şagirdlərin nisbətində, rəqəmsal savadlılıqda, təkrar monitorinq olunan məktəblərin göstəricilərində və fiziki inkişaf nəticələrində irəliləyiş əldə olunub.

Agentliyin direktoru qeyd edib ki, PISA 2025-in nəticələrinə əsasən, Azərbaycan oxu, riyaziyyat və təbiət elmləri üzrə dünyada ən böyük sıçrayış edən 2-ci ölkə olub.

Nəşr edilib : 11.09.2026 11:06