NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Premyer Liqa: "Kəpəz" "Araz-Naxçıvan"a məğlub olub

...

Misli Premyer Liqasının IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.
"Şərq qapısı" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65) və Bar Kohen (86) fərqləniblər. 
Bu nəticədən sonra komanda xallarının sayını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə olan Gəncə təmsilçisinin isə xalı yoxdur.
Qeyd edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.

Nəşr edilib : 12.09.2025 21:24