NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edib

...

"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"u məğlub edib.
"Şərq qapısı" nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb.
41-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 30 xalla üçüncü sıradadır.
Günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.

Nəşr edilib : 01.02.2026 20:46