Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci t...
18:46 09.09.2026
0
0
0
Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
"Şərq qapısı" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.
“Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək.
Digər xəbərlər