NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Prezident: Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər

...

İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər.
"Şərq qapısı"nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
"Rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlığımızın böyük potensialı var. "Rəqəmsal İpək Yolu" layihəsi Xəzər dənizinin dibi boyunca fiber-optik kabel şəbəkəsinin yaradılması planlarını əhatə edir", - deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi elektrik enerjisinin dünya bazarlarına birgə ixracı üçün böyük perspektivlər açır.

Nəşr edilib : 16.11.2025 12:19