Maliyyə naziri AİB-in Səmərqənd toplantısında Azər...
18:00 03.05.2026
0
0
0
"Bu gün biz qədim diyar olan Naxçıvan şəhərindəyik. Burada Türkiyənin müxtəlif vilayətlərindən, həmçinin Gürcüstandan gəlmiş soydaşlarımız – din xadimləri ilə birlikdəyik. Bu gün bir daha şahid oluruq ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi və dini dəyərlərə sadiq qalmasına yönələn siyasət öz bəhrəsini verir. Bunun nəticəsidir ki, biz bu gün Naxçıvanda birlikdə ibadət edirik".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Səbail rayonu "Şəhidlər" məscidinin imamı Şaiq Əliyev deyib.
O qeyd edib ki, Naxçıvan şəhərində yerləşən Kazım Qarabəkir Paşa məscidi də qədim vəhdət rəmzlərindən biridir: "Bugünkü ziyarətlərdən sonra səfərin davamı olaraq sabah keçiriləcək konfransda da iştirak edəcəyik. Bu tədbirlər milli-mənəvi və dini dəyərlərimizin qorunmasına, həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın bu dəyərlərə daha sıx bağlanmasına xidmət edir".
"Ümid edirəm ki, belə tədbirlər böyük amalımıza töhfə verəcək və bu gün, eləcə də gələcəkdə keçirilən bütün görüşlər dövlət siyasətimizin və milli-mənəvi dəyərlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək",–deyə Şaiq Əliyev əlavə edib.
Digər xəbərlər