NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Putin və Tokayev arasında telefon danışığı olub

...

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Qazaxıstan Prezidentinin Rusiyaya qarşıdan gələn dövlət səfərinə hazırlıqlar da daxil olmaqla, ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə olunub.

Nəşr edilib : 27.10.2025 14:08