Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Oktyabrın 21-i məktəbli oğlan və qızlar arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş atletikanın qaçış növü üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublika Stadionunda reallaşan yarışda şəhər və rayonlardan, ümumilikdə, 70-ə yaxın məktəbli mükafatlar uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə təşkil olunan birincilik 100, 200, 400, 800 və 1500 metr məsafələri əhatə edib.
Nəticələrə əsasən oğlanlar arasında Məhəmməd İsgəndərli (100 m), Murad Muradov (200 m), Uğur Məmmədli (400 m), Vedat Babayev (800 m) və Namiq Babayev (1500 m), qızlarda isə Aysel Hüseynova (100 m), Zeynəb Babayeva (200 m), Dilək Məmiyeva (400 m), Duyğu Hüseynova (800 m) müvafiq məsafələr üzrə birinci olublar.
İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.
Digər xəbərlər