Bakıda 15 yaşadək futbolçular arasında dünya çempi...
19:28 24.10.2026
0
0
0
"İnək sağırdım, birdən sel gəldiyini gördüm. İnəyi tam sağa bilmədim. Maşına minib onu hərəkətə gətirmək istədim. Bu zaman yoldaşım gəldi, tövləyə daxil oldu. Selin gəldiyini görüb qışqırdım ki, çıxıb qaçsın. Həyat yoldaşım tövlədə qalmışdı".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dırnıs kənd sakini Zeynalabdin Zəkiyev deyib. O bildirib ki, kəndə sel gələndə avtomobilində olub: "Qapını örtdüm, özüm də maşından tullandım və qaçmağa başladım. Dəymiş ziyanı dəqiq hesablaya bilməmişik. Əgər vaxtında çıxmasaydıq, mənim də, yoldaşımın da tövlədə boğulmaq təhlükəsi var idi".
Kənd sakini onu da qeyd edib ki, kənddə çox adama ziyan dəyib: "Qonşuların da evlərinə, ərzaq ehtiyatlarına və təsərrüfatlarına zərər dəyib. Qış üçün hazırladığım yem ehtiyatlarının bir hissəsi yararsız hala düşüb. Qarajım və tövləm su ilə dolub”.
Digər xəbərlər