“Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edil...
17:43 13.08.2026
0
0
0
Azərbaycan özünü təkcə aparıcı enerji resursları istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji mərkəz kimi təsdiqləyib.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal iyulun 2-də Bakıda keçirilən QDTİB-nin biznes forumundak çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əməkdaşlıq vasitəsilə dayanıqlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.
“Karbohidrogen ehtiyatlarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində görülən işlər investisiya və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bankın Azərbaycanla əməkdaşlığı artıq iiyirmi ildən çoxdur qarşılıqlı etimad, ortaq məqsədlər və özəl sektorun inkişafının transformativ roluna əsaslanan tərəfdaşlıq prinsipləri üzərində inkişaf edib”, - deyə Serhat Köksal vurğulayıb.
Digər xəbərlər