NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşıb

...

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran və Elvin Cəfərquliyev fərqləniblər.

İki oyunun nəticəsinə əsasən 9:3 hesabı ilə qalib gələn "Nyukasl" adını 1/8 finala yazdırıb.

00:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

"Şərq qapısı" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda təşkil olunan görüşün fəsiləsinə rəqib 2:0 hesablı üstünlüklə yollanıb.

Qolları Sandro Tonali və Joelinton vurublar.

00:01

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" (İngiltərə) və "Qarabağ" komandaları arasında keçirilən cavab oyunu başlayıb.

"Şərq qapısı" xəbər verir ki, görüş "Sent-Ceyms Park" stadionunda keçirilir.

Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edir.

Nəşr edilib : 25.02.2026 02:00