PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərb...
12:18 08.09.2026
0
0
0
NAXÇIVAN :
08 Sentyabr 2026, Çərşənbə axşamı
Cənubi Qafqazın Avropa, Qara dəniz və Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi regional əməkdaşlığın və qarşılıqlı etimadın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə ticarət, infrastruktur, iqtisadi inkişaf və sərhədlərarası layihələr əsas istiqamətlərdən biri kimi çıxış edir.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri İsveçrənin Azərbaycan və Türkmənistandakı Səfirliyinin Regional Əməkdaşlıq bölməsi rəhbərinin müavini Qay Bonvin Bakıda keçirilən “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Q.Bonvin bildirib ki, Cənubi Qafqazın coğrafi mövqeyi regionu Avropa, Qara dəniz və Mərkəzi Asiya arasında mühüm bağlantı məkanına çevirir. Azərbaycanın bu prosesdə mühüm rol oynadığını deyən diplomat ölkənin son 30 ildə keçdiyi inkişaf yolunun və regional əlaqələrin genişlənməsinin diqqətəlayiq olduğunu vurğulayıb.
“COP29-un Bakıda keçirilməsini bu baxımdan mühüm nümunə kimi qiymətləndirilir. İsveçrə nümayəndə heyətinin üzvü kimi COP29-da iştirak etdim və Azərbaycanın belə beynəlxalq platformaya ev sahibliyini əhəmiyyətli hadisə hesab edirəm .
İsveçrənin əməkdaşlıq proqramı çərçivəsində maliyyə və rəqəmsal xidmətlərin inkişafı, açıq bankçılıq, eləcə də maliyyə sektorunda qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində iş aparılır. Bu sahədə Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstan və Özbəkistan, həmçinin Gürcüstan arasında mərkəzi banklar səviyyəsində əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır”, - deyə diplomat diqqətə çatdırıb.
O, Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik biznes və startapların dəstəklənməsinə yönəlmiş mexanizmləri çərçivəsində Azərbaycanda müxtəlif startaplara texniki yardım, ilkin maliyyə və vençur kapitalı ilə əlaqələndirmə imkanlarının yaradıldığını bildirib. Qeyd edib ki, maliyyə və rəqəmsal xidmətlər də daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən startapların dəstəklənməsi ölkənin regional iqtisadiyyata inteqrasiyasına və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verir.
Digər xəbərlər