NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi bu ilin 8 ayı ərzində 282 milyon dolları keçib

...

Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 2026-cı ilin yanvar-avqust aylarında 282,9 milyon dollar təşkil edib.

"Şərq qapısı" Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, bu ölkənin Azərbaycana ixracının həcmi 248,3 milyon dollara çatıb. Azərbaycan məhsullarının Qazaxıstana idxal həcmi isə 34,6 milyon dollar təşkil edib.

Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 0,3 faizi Azərbaycanın payına düşüb. Ölkəmizin Qazaxıstan ixracında payı 0,4 faiz, idxalında isə 0,1 faiz təşkil edib.

Nəşr edilib : 20.10.2026 14:52