NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana keçib, Sahibə Qafarovaya “Şərəf” medalı təqdim edilib

...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova Assambleyanın Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib.

O sədrliyi həmkarı, Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovaya təhvil verdiyini deyib.

N.Kiselova vurğulayıb ki, Bolqarıstan həm daxildə, həm də hüdudlarından kənarda ətraf mühitin, regional əməkdaşlığın qorunmasına xidmət edəcək: “Biz regional əməkdaşlığı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq”.

Daha sonra o, Sahibə Qafarovaya “Şərəf” medalını təqdim edib.

Nəşr edilib : 18.06.2025 10:49