“Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edil...
17:43 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
Bizim mandatımız Qara dəniz regionunda yerləşən dövlətlərin iqtisadi inkişafına dəstək verməkdən ibarətdir. Bu dəstək özünü sərmayə yatırımında, müxtəlif infrastruktur layihələrinin maliyyələşməsində göstərir.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) vitse-prezidenti Ziya Əliyev QDTİB-nin Bakıda keçirdiyi biznes forumunda çıxış edərək deyib.
“Biz borc verən təşkilat deyilik, lakin rəqabətə davamlı layihələri nəzərdən keçirərək maliyyə vəsaiti ayırırıq. Biznesə başlamazdan əvvəl layihələrin düzgünlüyü, bazara uyğunluğu və digər komponentləri yoxlanılır və ekspertlər tərəfindən qiymətləndirilir. Bu günə kimi bank Qara dəniz regionundakı dövlətlərdə müxtəlif layihələri maliyyələşdirmək üçün 9 milyard vəsait ayırıb. Biz yerli banklarla rəqabət aparmırıq əksinə onlara dəstək oluruq ki, kişik və orta biznesin inkişafına yardım göstərsinlər. Məsələ burasındadır ki, kiçik və orta biznes ölkələrin intisadi inkişafının əsasını təşkil edir. Bankın diqqət yetirdiyi sahələrindən biri də enerji sahəsidir. Azərbaycan alternativ enerji istehsalı potensialına malik olan ölkədir. Yaxın gələcəkdə Azərbaycan hökuməti alternativ enerji istehsalınının payını artırmağı planlaşdırır və biz də bank olaraq buna dəstək veririk”, - deyə vitse-prezident vurğulayıb.
O deyib ki, Azərbaycan Cənubi Qafqazın fəal və Orta Dəhlizin isə aparıcı ölkəsidir. Bu dəhliz üçün Azərbaycanda geniş infrastruktur layihələr həyata keçirilib. Qara dəniz regionu ölkələri də bu dəhlizdən faydalanırlar. Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirərək ticarətin genişlənməsi üçün böyük imkanlar yaradıb.
“Qara dəniz regionundakı dövlətlərin böyük turizm potensialı var. Qara dənizin sahilləri turistlər üçün çox cəlbedicidir. Biz bank olaraq turizm sənayesini də dəstəkləyib müxtəlif layihələrə maliyyə dəstəyi göstəririk. Azərbaycan da böyük turizm potensilaına malikdir və bunu inkişafına sərmayə yatırmağa hazırıq. Bu kimi layihələri maliyyələşdirməklə bank Qara dəniz regionundakı dövlətlərin iqtisadi inkişafı üçün stimul yaradır və bu işi davam etdirəcək”, -deyə QDTİB-nin vitse-prezidenti əlavə edib.
Digər xəbərlər