Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün mü...
00:56 04.05.2025
0
0
0
Aprelin 3-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
8 mərkəzdə təşkil olunan olimpiadada 800-ə yaxın şagird iştirak edib və məktəblilərə qapalı test formatında 30 sual təqdim edilib, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, olimpiadanın 3 mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub ki, bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. Olimpiadanın yarımfinal turu 24 may tarixdə regional üzrə, final mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.
Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Digər xəbərlər