NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Qız voleybolçularımızdan böyük uğur

...

14 yaşadək qız voleybolçulardan ibarət "Möminə xatun" komandası Azərbaycan çempionatının bürünc medallarını qazanıb.
"Şərq qapısı" xəbər verir ki, üçüncü yer uğrunda görüşdə komandamız "Şərqi Zəngəzur RVK" komandası ilə üz-üzə gəlib.
Dərnəgüldəki Voleybol Mərkəzində keçirilən görüşdə "Möminə xatun" komandası hesabda geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək rəqibini 2:1 (19:25, 26:24, 15:9) hesabı ilə məğlub edib və ölkə çempionatının bürünc medalını qazanıb.
Voleybolçularımızı təbrik edirik!

Nəşr edilib : 29.03.2026 13:32