Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
12 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev keçirilən tədbirin əhəmiyyətindən bəhs edib və qeyd edib ki, qohum və erkən nikahlar cəmiyyət üçün ciddi sosial və sağlamlıq problemləri yarada bilər. Bu cür nikahlar ailə daxilində genetik xəstəliklərin artmasına, uşaqların fiziki və psixoloji inkişafında çətinliklərin meydana çıxmasına səbəb ola bilir. Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov təqdimatla çıxış edərək bildirib ki, erkən yaşda qurulan ailələrdə məsuliyyətin tam dərk olunmaması ailədaxili problemlərin artmasına yol açır. Qohum nikahları isə ailə münasibətlərində gərginlik və münaqişə riskini yüksəldir. Bu hallar cəmiyyətin sosial sabitliyinə mənfi təsir göstərir və sağlam ailə modelinin formalaşmasını çətinləşdirir.
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov vurğulayıb ki, erkən nikahlar təhsilin yarımçıq qalmasına və gənclərin intellektual potensialının reallaşmamasına səbəb olur. Təhsil imkanlarından məhrum olan fərdlərin gələcəkdə cəmiyyətə faydalı və müstəqil şəxsiyyət kimi formalaşması çətinləşir. Bu hal, ümumilikdə, cəmiyyətin inkişaf səviyyəsinə mənfi təsir göstərir. Sonda məktəbin direktoru tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, iştirakçılar arasında sorğu keçirilib və mövzu ilə əlaqədar broşürlər paylanılıb.
Digər xəbərlər