Naxçıvanda “Zəkaların mübarizəsi” olimpiadasının b...
12:23 22.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında qol güləşi üzrə muxtar respublika birinciliyi təşkil olunub. Yarış “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 idmançının iştirakı ilə reallaşıb.
Yarışın nəticələrinə əsasən Fərid Xudanov (63 kq), Sami Dadaşlı (70 kq), Nizami Səmədov (78 kq), Turan Oruclu (86 kq), Sadiq Məmmədov (95 kq) və Pərvin Səfərli (95+ kq) qalib olub. Eynar Şıxıyev isə sol əl ilə güləşən idmançılar arasında birinci yerə layiq görülüb.
Yarışda fərqlənən idmançılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Birinciliyin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə və qol güləşi idman növünə marağın artırılması olub.
Digər xəbərlər