NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Qubanın bəzi kəndlərinin adları dəyişdirilir

...

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin mayın 6-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Quba rayonunun Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.

Nəşr edilib : 06.05.2026 14:26