NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

"Şərq qapısı" xəbər verir ki, səfər iyulun 4-nə nəzərdə tutulub.

Türkiyə dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək.

Ərdoğanın bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcəyi bildirilir.

Nəşr edilib : 30.06.2025 16:48