NAXÇIVAN :

03 May 2026, Bazar

Rezidenturaya qəbul imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərin rezidenturalarına qəbul imtahanı keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda, ümumilikdə, 121 namizəd iştirak edib.  İmtahanın idarə olunmasına 2 imtahan rəhbəri, 12 nəzarətçi cəlb  olunub. 
Qeyd edək ki, saat 10:00-da başlanan imtahan 2 saat 30 dəqiqə davam edib.

Nəşr edilib : 03.05.2026 12:30