Türkiyə və İranın XİN başçıları bölgədəki son vəzi...
23:37 17.08.2026
0
0
0
NAXÇIVAN :
18 Avqust 2026, Çərşənbə axşamı
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentində görüşlər keçirib.
"Şərq qapısı" xəbər verir ki, Parlamentin yuxarı palatası olan Senatda hakim Milli Liberal Partiyasının sədr müavini, senator Glad-Aurel Varqa ilə görüş baş tutub.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, regionlararası əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə mövzusu olub.
Senator Glad-Aurel Varqa Rumıniya ilə Azərbaycan arasında tarixi dostluq və sıx tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, regionlararası iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsi istiqamətində parlament müstəvisində müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib. O, iki ölkənin parlamentləri arasında münasibətlərin müsbət dinamikada inkişaf etdiyini vurğulayıb. Glad-Aurel Varqa Azərbaycan tərəfini özünün təmsil etdiyi Arad regionu ilə əməkdaşlığa dəvət edib.
Elçin Yusubov senator Glad-Aurel Varqaya Rumıniyanın Maramureş regionuna səfəri çərçivəsində əldə edilən razılıqlar barədə məlumat verib, işğaldan azad edilmiş Qarabağda Azərbaycanın maliyyə imkanları hesabına həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən infrastruktur layihələri və xarici investorlar üçün yaradılan imkanlar barədə danışıb.
Elçin Yusubov qarşı tərəfə Rumıniyada göstərilən diqqətə görə minnətdarlığını bildirərək, senator Glad-Aurel Varqanı Xankəndiyə dəvət edib.
Bundan əlavə, Parlamentin Deputatlar Palatasında nümayəndə heyətinin hakim Sosial-Demokrat partiyasının sədr müavini, deputat, Azərbaycan ilə Rumıniya parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsədri Marian Neakşu və deputat Radu Oprea ilə görüşü baş tutub. Görüşdə parlamentlərarası münasibətlər və nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Marian Neakşu Azərbaycanı Rumıniyanın etibarlı tərəfdaşı adlandıraraq, üç il öncə Rumıniya nümayəndə heyəti tərkibində Azərbaycana səfərini və Prezident İlham Əliyev tərəfindən qəbul edildiklərini xatırlayıb. O, iqtisadi əməkdaşlığın səmərəli şəkildə inkişafı üçün fəaliyyət planının tərtib edilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Elçin Yusubov Marian Nekşunu Qarabağa səfərə dəvət edib. M.Neakşu yaxın zamanda Azərbaycana, xüsusən Qarabağa səfər edəcəyinə söz verib.
Digər xəbərlər