Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artı...
15:32 30.06.2025
0
0
0
"Son günlər Rusiya ərazisində, xüsusilə də Yekaterinburq şəhərində azərbaycanlı miqrantlara qarşı həyata keçirilmiş zorakı əməliyyatlar təkcə hüquq-mühafizə tədbiri kimi deyil, daha geniş və narahatedici siyasi kontekstin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu hadisələr fonunda Rusiyada etnik və dini zəmində artan gərginlik, islamofobiya və türkofob ritorikanın güclənməsi diqqətdən yayınmamalıdır".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova deyib.
Deputat qeyd edib ki, əslində, bu yanaşma yeni deyil. Moskva illərdir, daxildəki sosial və siyasi böhranlardan diqqəti yayındırmaq üçün miqrantları “günah keçisi” obrazında təqdim edir. Bu isə təkcə Rusiyadakı türk-müsəlman icmalarına deyil, bütövlükdə, regionun sabitliyinə yönəlmiş təhdiddir.
"Azərbaycan dövlətinin müstəqil və qətiyyətli mövqeyi, xüsusilə post-münaqişə dövründə regionda güclənən nüfuzu müəyyən dairələri narahat etməkdədir. Lakin Azərbaycana qarşı yönələn bu cür təzyiq və təxribatlar xalqımızın milli birliyini və beynəlxalq hüquqa əsaslanan siyasətini daha da möhkəmləndirir. İnanırıq ki, sabitlik zorakılıqla deyil, qarşılıqlı hörmət və əməkdaşlıqla mümkündür", – deyə Xəzəngül Orucova vurğulayıb.
Digər xəbərlər