NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Sadiq Xəlilov Avropa çempionatının mükafatçısı olub

...

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin üzvü, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin şagirdi Sadiq Xəlilov bürünc medala layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, ölkəmizi 54 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 finalda ukraynalı Mixaylo Tatsii üzərində 3:2, növbəti mərhələdə isə rusiyalı Yaroslav Mikolauskas üzərində 5:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda görüşdə şotlandiyalı Cey Şeridana məğlub olan boksçumuz çempionatı bürünc medalla başa vurub. Məşqçi Elnur Kərimlinin yetirməsi ilk dəfə qatıldığı Avropa çempionatında medal qazanmaqla uğurlu nəticəyə imza atıb.
Qeyd edək ki, Sadiq Xəlilov bu il həmyaşıdları arasında ölkə birinciliyinin və kubokunun qalibi olub.

Nəşr edilib : 26.10.2026 10:54