Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub...
20:56 13.02.2026
0
0
0
Şahbuz Rayon İcra Hakimiyyəti, Şahbuz Şəhər İncəsənət Məktəbi və Şahbuz Rayon Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda canından-qanından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konsertdə Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının milli musiqi mədəniyyətimizin formalaşmasındakı rolu vurğulanıb. “Koroğlu”, “Arşın mal alan”, “Leyli və Məcnun” kimi əsərlərin milli kimliyimizin ifadəsinə çevrildiyi qeyd olunub.
Proqram Şahbuz Rayon Xalq teatrlarının aktyorları və Şahbuz Şəhər İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri ansamblının ifasında Üzeyir Hacıbəylinin kiçik etüd nümunələri ilə başlayıb. Ansamblın bədii rəhbəri Atabəy Qurbanov olub.
Tədbir Üzeyir Hacıbəylinin zəngin irsini yaşadan səhnə çıxışları ilə davam edib və musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Digər xəbərlər