NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

...

Milli Məclisin (MM) sədri Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Qeyd olunub ki, sabah spikerin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın Roma şəhərinə səfər edəcək.

S.Qafarova aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində Azərbaycanı təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

Nəşr edilib : 24.04.2025 15:24